HOLDING COMPANY

n təsisçi şirkət; başqa şirkətlərin nəzarət səhm paketini özündə saxlayan şirkət

HOLDING
HOLDOVER
OBASTAN VİKİ
AF Holding
AF Holdinq 1991-ci ildən fəaliyyət göstərən Şirkətlər Qrupudur. Holdinqin baş ofisi Moskvada yerləşir, Bakı və Londonda flialları vardır. AF Holdinq həm Bakıda, həm də xaricdə tikinti, istehsal, əmlak və turizm sektorlarında fəal fəaliyyət göstərir. == Qrup şirkətləri == AF Bank Azərbaycan VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. Everton Uğur 97 Muradlı AFSAN Plastik AF Pen AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
APA Holding
APA Holdinq — Azərbaycanda fəaliyyət göstərən media şirkətidir. “APA Holdinq” 3 oktyabr 2012-ci il-də yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Holdinqin yaradılmasında məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. == Fəaliyyəti == Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. == Tərkibi == “APA Group”a aşağıdakı qurumlar daxildir: “Azəri-Press Agentliyi” MMC - APA “Online News Agency|Online Nyus Agency” MMC - ONA "Lent.az" saytı "Vesti.az" saytı "APASport.az" saytı “Kulis.az” internet dərgisi "APA Mark" MMC APA TV == Rəhbərlik == Prezidenti: Vüsalə Mahirqızı == İstinadlar == == Mənbə == “APA Holding” MMC-nin təqdimatını keçirib APA ad günündə yeni təqdimat etdi APA Holdinqin əsas fəaliyyəti “APA Holding”in təqdimatı keçirilib == Xarici keçidlər == apaholding.az — APA Group rəsmi saytı APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub APA fəaliyyətini bərpa etdi Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil APA Holding işini bərpa edə bilər?
Ata Holding
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “AtaHolding”-in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” oteli, sənaye sektorunda "Şəmkir Quşçuluq” MMC və informasiya texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Azinko Holding
Boydak Holding
"Boydak Holding" — Türkiyənin şirkətlər qrupu. Rəhbəri tanınmış iş adamı Mustafa Boydakdır. 1957-ci ildə qurulan "Boydak Holding" şirkətlər qrupu mebel, enerji, telekommunikasiya, tekstil, kimya və maliyyə sahələrində fəaliyyət göstərən 42 tanınmış şirkəti özündə birləşdirir. Türkiyənin "İstikbal", "Bellona" və "Mondi" kimi tanınmış mebel markaları məhz "Boydak Holding" şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun illik gəliri 7 milyard dollardır.
Cahan Holding
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Garant Holding
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi.Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib.2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Gilan Holding
Xəzri Solutions — Azərbaycanda fəaliyyət göstərmiş məhdud məsuliyyətli cəmiyyət (MMC). 2023-cü ilin iyuluna qədər Gilan Holdinq adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv olunduğunu elan edib.1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayələr yatırır. Baş ofisi Bakıda yerləşir. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyur. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir.Azərbaycanda turizm, tikinti, qida maliyyə və s. sahələrdə fəaliyyət göstərib. == Haqqında == “Gilan Holdinq” 2005-ci ildən dövlət qeydiyyatında olub.
Gəmiqaya Holding
Gəmiqaya Holdinq adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
ISR Holding
Karat Holding
Mega Holding
Meqa Holding
Messenat Holding
Paşa Holding
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətlər qrupu. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət.Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir. == Bankçılıq == === Kapital Bank === Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir. "Kapital Bank" ASC-nin səhmlərinin 79,56%-i "PAŞA Holding" MMC-yə, 18,31%-i digər şirkətlərə, 2,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2021-ci ilin may ayı üçün 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 4 milyona yaxın fiziki və 25 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir. === PAŞA Bank Azərbaycan === "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyəti (PAŞA Bank və ya PAŞA Bank Azərbaycan və ya "PAŞA Bank" ASC) Azərbaycanın aparıcı korporativ banklarından biridir.
Azərsun Holding
Azərsun — ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır (28 qida markası istehsal olunur), həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur. == Tarixi == “Azərsun Holdinq” 1991-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb. Təhsilə töhfə verən SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində Azərsun tərəfindən qurulmuşdur. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verildi. 2001-ci ildə Qarabağ futbol klubu'nda maliyyə problemləri yaranmışdır. "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra bu problem həll olundu. "Azərsun" Holdinq "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu.
Yıldız Holding
Yıldız Holding — qida məhsullarının istehsalı ilə tanınan Türkiyə konqlomeratı. Şirkət digər istehlak məhsulları da istehsal edir və öz pərakəndə, özəl kapital və daşınmaz əmlak əməliyyatlarına malikdir. "Yıldız Holding" 2017-ci ildə bütün müəssisələr üzrə 42,3 milyard TL gəlir əldə edərək CEEMEA regionunda ən böyük qida istehsalçıları arasındadır. Şirkətin 56,000 işçisi var və 80 fabriki var (bunlardan 25-i Türkiyədən kənarda yerləşir). "Yıldız Holding"in 130-dan çox ölkədə 320-dən çox brendi var. "Yıldız Holding"in əsas diqqətini peçenye, tort və qənnadı məmulatlarına yönəldir. Şirkət gəlirinə görə şirin peçenye kateqoriyasında dünyada ikinci, şokolad kateqoriyasında isə yeddinci yerdədir.
Mississipi Company
Mississippi Company (fr. Compagnie du Mississippi; 1684-cü ildə təsis edilmiş; 1717-ci ildən Qərb şirkəti, 1719-cu ildən isə Hindilər Şirkəti adlandırmışdır) - Şimali Amerika və Vest Hinddəki fransız koloniyalarında biznes inhisarına sahib olan şirkət idi. Bölgədəki torpaq istismarı və spekulyasiyaya böyük həvəslə girişildikdə və məsələ iqtisadi reallıqdan uzaqlaşdıqda, Misisipi köpüyü iqtisadi tarixin ən erkən spekulyativ iqtisadi köpüklərindən biri olaraq ortaya çıxdı.
Outbreak Company
Outbreak Company və ya tam adı ilə Outbreak Company: Moeru Shinryakusha (アウトブレイク・カンパニー 萌える侵略者, Autobureiku Kanpanī: Moeru Shinryakusha, azərb. Üsyan şirkəti: Moe işğalçısı‎) — İçiro Sakaki tərəfindən yazılan, Yuuqen tərəfindən çəkilən ranobe seriyası. 2011-ci ilin dekabrından bu yana Kodansha tərəfindən 14 cildi işıq üzü görmüşdür. Kiri Kaciya tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ildən 2014-cü ilə kimi nəşr olunmuşdur. Anime adaptasiyası 2013-cü ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. == Məzmun == Kano Şiniçi uşaqlıq dostuna qarşı bəslədiyi məhəbəttin qəmgin sonluqla başa çatmasından sonra otaku olan gənc oğlandır. Bir gün internetdə gəzərkən bir şirkətin otaku axtardığını görür və bütün testi bitirərək işə qəbul olunur. Amma Şiniçi bunun sadə bir iş olmadığını öyrənir, belə ki, iş Yaponiyada deyil, paralel dünyadadır. Yaponiya hökuməti bir gün təsadüfən bu paralel dünyaya keçid verən bir çat kəşf etmiş və bu çatdan həmin dünyaya keçərək oranın əhalisi ilə dostluq münasibətləri qurmuşdur.
Raytheon Company
Raytheon — əsasən müdafiə, silah və hərbi sahələrdə iş görən bir Amerika şirkətidir. Dünyadakı raket istehsalının əksəriyyətinə sahibdir. Firma 1922-ci ildə qurulmuş və 1959-cu ildə mövcud adını almışdır. Dünyada təxminən 63 min işçisi var və illik gəliri təxminən 25 milyard ABŞ dollarıdır. Raytheon şirkətinin gəlirlərinin 90% -i hərbi müqavilələrdən gəlir və 2012-ci ildəki statistik məlumatlara əsasən firma dünyanın beşinci ən böyük hərbi podratçısıdır. Gəlir baxımından ABŞ-də dördüncü ən böyük müdafiə sənayesi firmasıdır. H.A.A.R.P. (High Frequency Active Aurora Research Program (azərb. Yüksək Frekanslı Aktiv Aurora Tədqiqat Proqramı‎) layihəsi üçün elmi tədqiqat patentinə sahibdir.
Telia Company
Telia Company İsveçin Telia və Finlandiyanın Sonera adlı 2 GSM operatorlarınun 2002 ci ildə birləşərək qurduqları Skandinaviyanın ən böyük GSM operatoru. Şirkətin 150 milyona yaxın abonenti vardır.(2009) İşçilərini sayı isə 30.000 dir. Ayrıca Azercellin ortaqlarından biri olmuşdur. == Tarixi == Şirkət 2002-ci ildə Telia Sonera adı altında Finlandiya və İsveçin Telia və Sonera telekomunikasiya şikətlərinin birləşməsi nəticəsində yaranmışdır. Bu birləşmə Telianın Norveçin Telenor firması ilə birləşməsi zamanı qısa müddətdə iflasından sonra baş verdi. Özəlləşmədən öncə, Telia dövlət telefon inhisarına malik idi. Sonera isə yalnız magistral şəbəkə çağırışlarında inhisara sahib idi, 75% yerli telekomunikasiyanı telefon korporativləri təmin edirdi. == Birləşmədən sonra == 2006-cı il seçkilərə qədər İsveç liberal mühafizəkar Alyansı öz siyasətinin bir hissəsi kimi ticari müəssisələrdə hökumətin mülkiyyətini azaltmağı və xüsusilə də TeliaSonera'daki payını satmaq məqsədi var idi. 16 mart 2011-ci ildə bütün müxalifət partiyaları - Sol Partiya, Sosial Demokrat Partiya, Yaşıllar Partiyası və İsveç Demokratlar – Alyansa qarşı birləşdikdən sonra Alyans rəhbərliyi dövlətə məxsus mülkiyyətin satışı və həmçinin TeliaSonera üzərində hüquqlardan məhrum oldu. TeliaSonera 2008-ci ilin əvvəlində təxminən 500 milyon avro qənaət etmək üçün tədbirlər elan etdi ki, bu da 2900 işdən azad olunmanı nəzərdə tuturdu: 2000 İsveç, 900 Finlandiya.
American Broadcasting Company
American Broadcasting Company (ABC) — Amerikada yaranmış və Disney–ABC Television Group-un nəznində fəaliyyət göstərən İngilis dilli kommersiya yayım kanalıdır. 2007-ci ildə ABC Radio Citadel Broadcasting şirkətinə satıldıqdan sonra kanal öz yayımını azaltdı və televiziya verlişləri və serialları kanalına keçdi. == Tarixi == ABC ilk dəfə olaraq 12 oktyabr 1943-cü ildə radio studiyası kimi açılıb və Edvard Nobl tərəfindən alınmış NBC Blue Network kompaniyası ilə əvəzləndi. Hazırda ABŞ-də ən böyük kanallardan biridir. == Şüarları == The New ABC (1963–64) Wild World of Entertainment (1964–65) Turn on the Excitement! (1965–66) Seven Nights to Remember (1966–67) A Very Special Reason (1967–68) Find Your Own Thing (1968–69) Meet Us in September (1969–70 Let’s Get Together (1970–71) This is the Place to Be (1971–74) You & Me and ABC/What You See on ABC This Fall/Hello, America (1974–75) Welcome to the Bright New World of ABC (1975–76) Let Us Be the One (1976–77) Still the One (1977–78) and (1979–80) We’re the One! (1978–79) You & Me and ABC (1980–81) Now is the Time, ABC is the Place (1981–82) Come On Along with ABC (1982–83) That Special Feeling (1983–84) We’re With You on ABC (1984–85) You’ll Love It! (1985–86) Together (1986–87) Something’s Happening (1987–90) America’s Watching ABC (1990–92) It Must Be ABC (1992–93) Watched by more people than any other network (1993–94) The American Broadcasting Company (1994–95) Get with the Program!
Baku Steel Company
== "Baku Steel Company" QSC (BSC) == Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Cənubi Qafqazın ən böyük və müasir metallurgiya təsisatı oan "Baku Steel Company" QSC ağır sənayenin Azərbaycanda inkişafında əsas rolu olan qabaqcıl poladəritmə və yayma xətlərinə malik şirkətdir. Şirkətin rəsmi açılışı 2001-ci ilin iyun ayının 21-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilmişdir. Uzun illər məhdud məsuliyyətli cəmiyyət (MMC) kimi fəaliyyət göstərən "Baku Steel Company" 2022-ci ilin əvvəlindən idarəetmə formasını dəyişərək qapalı tipli səhmdar cəmiyyətinə (QSC) çevrilmişdir. Hazırda "Baku Steel Company" QSC Azərbaycanda qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindən biridir.İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət öz məhsullarını Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan, İtaliya, İspaniya da daxil olmaqla 20-dən çox ölkəyə ixrac edir. 2022-ci ilin oktyabr ayında isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub. == İstehsalat == "Baku Steel Company" QSC-nin poladəritmə üzrə ümumi istehsal gücü ildə 700000 tondur. Hazırda müəssisədə en kəsiyi 125x125 və 150x150 mm-lik, uzunluğu 3000-12000 mm olan müxtəlif markalı polad pəstahlar, diametri 10-32 mm olan Avropa standartlarına uyğun armaturlar, həmçinin, 80-160 mm ölçülü şveller,40-125 mm ölçülü künclük, 100-160 mm ölçülü ikitavr və 5,5-8 mm diametrli polad məftil (katanka) istehsal edilir. Bundan əlavə zavodun en kəsiyi 100x100, 120x120, 130x130 və 140x140 mm ölçülü polad pəstahlar da istehsal etmək imkanı var. == Keyfiyyət və Texnologiya == "Baku Steel Company" QSC ISO 9001:2015 - "Keyfiyyət İdarəetmə Sistemi" beynəlxalq standartına sahibdir.
Bristol Airplane Company
Bristol Airplane Company Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1910-cu ildə yaradılmışdır və təyyarələrin gövdə hissələrinin və mühərriklərinin istehsalı ilə məşğul olmuşdur. Baş ofisi Filtonda yerləşirdi. 1959-cu ildə şirkət bir neçə digər aviasiya şirkətləri ilə birləşdirilərək British Aircraft Corporation şirkətini yaratmışdır.
Computer Usage Company
Computer Usage Company Kompüter istifadəçi şirkəti (1955-1986), bəzən Computer Usage Corporation adlanan kompüter proqramı bazarının ilk müstəqil şirkəti idi. == Tarixi == 28 mart 1955-ci ildə Con Şeldon (John W. Sheldon) və Elmer Kyubi (Elmer C. Kubie) proqram təminatının hazırlanması ilə məşğul olan Computer Usage Company (CUC) adlı ilk şirkəti yaratmışlar. Maraqlıdır ki, şirkətin ilk dörd proqramçısı qadın idi. Şirkət 31 il fəaliyyət göstərdikdən sonra – 1986-cı ildə iflasa uğradığını elan etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.